Xırdalanda “Qızıl əlcək” İdman Klubunun yeni zalı fəaliyyətə başlayıb

Xırdalan şəhərində “Qızıl əlcək” İdman Klubunun yeni zalı istifadəyə verilib. Mərkəzin açılışını bildirən qırmızı lenti Azərbaycan Boks Federasiyasının İdarə Heyətinin üzvü Rövşən Hüseynov kəsib. Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə zal fəaliyyətə başlayıb.

Qonaqlar burada yaradılan şəraitlə tanış olub, gələcək perspektivlərlə bağlı fikir mübadiləsi aparıblar. İdman klubun yaradıcıları federasiya rəhbərliyinə boksçulara yaradılan şəraitə və göstərilən qayğıya görə təşəkkürlərini bildiriblər.

İlkin olaraq burada 100-dək yeniyetmə və gənc boksun sirrlərinə yiyələnəcək.

Qeyd edək ki, “Qızıl əlcək” İdman Klubunun filialları Bakı və Sumqayıtda da fəaliyyət göstərir.