Avropa çempionatında 7-ci medalımız rəsmiləşib

Boks üzrə Azərbaycan millisi Budvada U-17 Avropa çempionatında daha bir medal qazanıb. Yığmamızın heyətində bu dəfə İsmayıl Nəsirzadə (52 kq) fərqlənib.

Finalda Şaylo Makleod (İngiltərə) qalib gəldiyindən Nəsirzadə gümüş medala yiyələnib.

Bununla da yığmamızın medallarının sayı 7-yə yüksəlib. Boksçularımızdan daha öncə Cəmilə Muradlı (57 kq) qızıl, Həsrət Məmmədov (46 kq), Səma Abbasova (66 kq) gümüş, Qardaş Rəhimov (54 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) bürünc mükafata sahib olublar.

Qeyd edək ki, bu gün daha 1 idmançımız final döyüşünə çıxacaq.