Azərbaycan millisi Avropa çempionatında daha bir medal qazanıb

Boks üzrə Azərbaycan millisi Budvada U-17 Avropa çempionatında daha bir medal qazanıb. Komandamızın heyətində Səma Abbasova (66 kq) fəxri kürsüyə yüksəlib.
Finalda Ada Eybey (Türkiyə) qalib gəldiyindən Abbasova gümüş medala yiyələnib.
Bununla da yığmamızın medallarının sayı 5-ə yüksəlib. Boksçularımızdan daha öncə Cəmilə Muradlı (57 kq) qızıl, Qardaş Rəhimov (54 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) bürünc mükafata sahib olublar.
Qeyd edək ki, bu gün daha 3 idmançımız final döyüşünə çıxacaq.