Boksçularımız Avropa birinciliyində 9 medal qazanıblar
Bosniya və Herseqovinanın Banya Luka şəhərində məktəbli qız və oğlan boksçular arasında keçirilən Avropa birinciliyi başa çatıb. Azərbaycan millisi yarışı 9 medalla başa vurub.
Boksçularımızdan Aysel Fərəcova (40 kq), Cəmilə Muradlı (48 kq), Səma Abbasova (60 kq) və Nurlan Müseyibli (60 kq) birincilikdə ikinci yeri tutublar. Kəmalə Həsənova (51 kq), Şükar Əliyev (63 kq), Mehran Rəsulov (75 kq), Yusif Ağakişiyev (80 kq) və Uğur Həsənov (90 kq) isə yarışda bürünc medal qazanıblar.