Azərbaycan boksçusu ikiqat Olimpiya çempionu olan kubalı rəqibinə qalib gəlib
Azərbaycanın boks millisi Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb. Yığma üzvlərindən bu gün Alfonso Dominqes (92 kq) ilk döyüşünə çıxıb.
Dünya çempionumuz 1/8 finalda Xulio Sesar la Krusla (Kuba) üz-üzə gəlib. Dominqes inamlı döyüş sayəsində ikiqat Olimpiya çempionuna 3:2 (29:28, 28:29, 29:28, 27:30, 29:28) hesabı ilə qalib gəlib.
Boksçumuz 1/4 finalda qazaxıstanlı Aybek Oralbayla üz-üzə gələcək. Döyüş avqustun 1-də keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Paris-2024-də beş boksçu ilə təmsil olunur.