Boksçularımız “Elorda Cup”da 2 medal qazanıb

Qazaxıstanın paytaxtı Astanada boks üzrə “Elorda Cup” beynəlxalq turniri keçirilib. Azərbaycan millisi yarışı 2 medalla başa vurub.

Yığmamızın heyətində Murad Allahverdiyev (86 kq) finala kimi irəliləyib. Lakin həlledici görüşdə məğlub olan Paris-2024 Yay Olimpiya Oyunlarının lisenziyaçısı gümüş medal qazanıb.

Digər olimpiyaçımız Məhəmməd Abdullayev (+92 kq) də “Elorda Cup”da mükafatçılar sırasında yer alıb. O, turniri bürünc medalla bitirib.