İki boksçumuz Avropa birinciliyində yarımfinala yüksəlib
Xorvatiyanın Poreç şəhərində gənc boksçular arasında Avropa birinciliyində 1/4 final mərhələsinin görüşləri keçirilib. Azərbaycan millisinin 2 idmançısı döyüşünü qələbə ilə başa vuraraq yarımfinala yüksəlib.
48 kq-da Bilalhəbaşi Nəzərov irlandiyalı Skott Tompsonla qarşılaşıb. Döyüş boksçumuzun inamlı qələbəsi ilə başa çatıb. O, rəqibini 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. Nəzərov yarımfinalda Frihah İsmael Maqraou (İspaniya) ilə üz-üzə gələcək.
Ömər Aslanlı (54 kq) da komanda yoldaşının uğurunu təkrarlayıb. Turner Cozef Ceymslə (İngiltərə) qarşılaşan boksçumuz 4:3 hesabı ilə qələbə qazanıb. O, finala gedən yolda Atanas Dinkovu (Bolqarıstan) sınağa çəkəcək.
Boksçularımız yarımfinala yüksəlməklə özləri üçün ən azı bürünc medalı da təmin ediblər. Bu mərhələnin görüşləri aprelin 12-də olacaq.