U-15 Avropa çempionatında daha 7 boksçumuz 1/4 finala vəsiqə qazanıb

Türkiyənin Trabzon şəhərində boks üzrə U-15 Avropa çempionatı davam edir. Yarışın ikinci günündə Azərbaycan millisinin daha 7 idmançısı 1/4 finala yüksəlib.
Ələkbər Məmmədli (44 kq) 1/8 finalda Yeqors Volosovsa (Latviya) 3:2 (30:27, 27:30, 28:29, 30:27, 29:28) hesabı ilə qalib gəlib.
Niyaməddin Tağızadə (50 kq) Resul Muhammet Özpinardan (Almaniya) güclü olub – 5:0 (29:28, 30:27, 30:27, 30:27, 29:28).
Sənan Nəsibli (52 kq) Ramil Mahmudovu (Gürcüstan) 4:1 (28:29, 30:27, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib.
Sadiq Xəlilov (54 kq) 1/8 finalda Mixaylo Tatsii (Ukrayna) üzərində 3:2 (30:27, 27:30, 30:27, 28:29, 30:27) hesablı qələbə qazanıb.
Yusif Əli (57 kq) Arsen Qalstyana (Almaniya) heç bir şans verməyib – 5:0 (29:26, 28:27, 29:26, 28:27, 29:26).
60 kq-da Sunay Əzimov Martin Qoliası (Çexiya) 4:0 (29:27, 29:27, 28:28, 30:27, 30:27) hesabı ilə məğlub edib.
Nazim Qazıyev (63 kq) isə Roberto Frankavilla (İtaliya) ilə qarşılaşıb və döyüşü 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə aktivinə yazıb.
Qeyd edək ki, çempionat oktyabrın 25-də bitəcək.





