U-15 Avropa çempionatına qələbələrlə start

Türkiyənin Trabzon şəhərində boks üzrə U-15 Avropa çempionatına start verilib. Yarışın ilk günündə rinqə çıxan Azərbaycan idmançılarının hər biri qələbə qazanıblar.
Nuray Qafarova (50 kq) startda Lea Kaymsı (İrlandiya) məğlub edib – 3:2 (30:27, 30:27, 28:29, 28:29, 30:27).
Sənan Nəsibli (52 kq) Kiril Kirilenkaya (Belarus) 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib.
Rafael Abbasov (66 kq) Aias Tsipas (Yunanıstan) üzərində 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb.
Həsən Lütfəliyev (75 kq) Bens Karolidən (Macarıstan) güclü olub – 3:2 (29:28, 28:29, 30:27, 28:29, 29:28).
Sərxan Haxverdiyev (70 kq) isə Ernest Çiçbanı (Rusiya) 4:1 (28*:28, 28*:28, 28:28*, 28*:28, 29:27) hesabı ilə məğlub edərək mübarizədən kənarlaşdırıb. Qeyd edək ki, yarışda Azərbaycan 21 boksçu ilə təmsil olunur.



