Azərbaycan millisinin daha bir boksçusu dünya çempionatında növbəti qələbəsini əldə edib

Budvada U-19 dünya çempionatında Azərbaycan millisinin daha bir boksçusu 1/8 finala vəsiqə qazanıb. Rza Rzayev (75 kq) mundialda ikinci qələbəsini əldə edib.

O, 1/16 finalda Aaron Santurio Padroya (İspaniya) qalib gəlib – 5:0 (30:26, 30:27, 30:26, 30:27, 30:27). Rzayev növbəti qarşılaşmasında Levente Turoşla (Macarıstan) üz-üzə gələcək.

Qeyd edək ki, görüş oktyabrın 22-də keçiriləcək.