Gülər Hüseynova Olimpiadada yarımfinalda Kanada boksçusuna qalib gəlib

Azərbaycan boksçusu Gülər Hüseynova (51 kq) Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında finala yüksəlib. O, 1/2 finalda Mehrin Xana (Kanada) 5:0 (30:26, 30:26, 30:26, 30:25, 30:27) hesabı ilə qalib gəlib.

Avropa çempionumuz finalda Qrenyellis Qarsiya (Venesuela) ilə gücünü yoxlayacaq. Döyüş noyabrın 12-də keçiriləcək.