Boksçumuz Olimpiadada yarımfinala yüksəlib

Azərbaycan boksçusu Gülər Hüseynova (51 kq) Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıb. O, 1/4 finalda Viktoriya Kardobaya (Panama) 4:1 (29:27, 27:29, 28*:28, 28*:28, 29:27) hesabı ilə qalib gəlib. Milli üzvü yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı təmin edib.
Hüseynova finala gedən yolda Mehrin Xanla (Kanada) gücünü yoxlayacaq. Döyüş noyabrın 11-də olacaq.
Qeyd edək ki, Olimpiadada final görüşləri noyabrın 12-də keçiriləcək.