Anaxanım İsmayılova dünya çempionatında mərhələ adlayıb

Azərbaycan millisinin daha bir boksçusu Serbiyanın Niş şəhərində qadınlar arasında keçirilən dünya çempionatında mərhələ adlayıb. 48 kq-da mübarizə aparan Anaxanım İsmayılova döyüşmədən 1/4 finala yüksəlib.

Buna səbəb onun rəqibi Sbusisivi Fivokulenin (CAR) görüşdən imtina etməsi olub. Nəticədə İsmayılova qalib elan edilib.

Qeyd edək ki, mundialda bu gün daha 2 boksçumuz rinqə çıxacaq.