Azərbaycan dünya birinciliyinə 13 boksçu ilə qatılacaq

Oktyabrın 23-dən noyabrın 3-dək Monteneqronun Budva şəhərində gənc boksçular arasında dünya birinciliyi keçiriləcək. Mundialda Azərbaycan millisi 13 idmançı ilə təmsil olunacaq.

Məşqçilər korpusu yarışda Bilalhəbaşi Nəzərov (48 kq), Zidan Hümbətov (51 kq), Ömər Aslanlı (54 kq), Tağı Nəsibov (57 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Əli Abdullayev (63,5 kq), Ziya Həsənov (71 kq), Abbasqulu Şadlinski (75 kq), Lalə Mədətova (48 kq), Cəmilə Sultanlı (50 kq), Aynur Mikayılova (57 kq), Qızbəs İsgəndər (60 kq) və Emili Rzayevaya (63 kq) şans verəcək.

Dünya birinciliyində beynəlxalq dərəcəli hakimimiz Emil Qurbanəliyev ədaləti qoruyacaq.

Nümayəndə heyətinə Azərbaycan Boks Federasiyasının İdarə Heyətinin üzvü Rövşən Hüseynov rəhbərlik edəcək.

Qeyd edək ki, yarışda 84 ölkədən 800-dək boksçusunun mübarizə aparacağı gözlənilir.