Avropa çempionatında boksçularımızın ilk rəqibləri bəlli olub

Xorvatiyanın Poreç şəhərində keçiriləcək boks üzrə U-23 Avropa çempionatının püşkü atılıb. Püşkdə Azərbaycan millisinin idmançılarının da ilk rəqibləri bəlli olub.

Yarışın birinci günündə yığmamızın 2 boksçusu rinqə çıxacaq.

39 ölkədən 276 idmançının qatıldığı çempionatın qaliblərinin adına noyabrın 24-də aydınlıq gələcək.

16 noyabr

1/16 final

Məhəmmədəli Aşırəliyev (60 kq) – Georgios Plias (Yunanıstan)

Nicat Alırzayev (70 kq) – İdris Ahmed Xlifi (Belçika)

17 noyabr

1/16 final

Əli Abdullayev (65 kq) – Artur Kuzmenko (Ukrayna)

1/8 final

Səbuhi Əlizadə (+90 kq) – İşxan Hovsepyan (Ermənistan)

18 noyabr

1/8 final

Bilalhəbaşi Nəzərov (50 kq) – Katalin Turku (Moldova)

Zidan Hünbətov (55 kq) – Badreddin Buraouia (İtaliya)

19 noyabr

1/8 final
Abbasqulu Şadlinski (75 kq) – Arşak Bablumyan (Ermənistan)/Mixal Pyerxala (Polşa)