Boksçularımız dünya çempionatında 2 medal qazanıblar

Azərbaycan boksçuları Budvada keçirilən U-19 dünya çempionatını 2 medalla başa vurublar. Komandamızın heyətində Nihat Qasımov (55 kq) və Səfdər Məmmədzadə (+90 kq) fərqlənib.

Onların hər ikisi bürünc medal qazanıblar.