Yığmanın 4 boksçusu Sofiyada təlim-məşq toplanışına yollanıb

Kişi boksçularımız Bolqarıstana yollanıb. Baş məşqçi Pedro Roke və məşqçi Nəriman Abdullayev rəhbərliyi altında yığmanın 4 idmançısı Sofiyada təlim-məşq toplanışına qatılıb.

Hazırlıqda Ümid Rüstəmov (57 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (71 kq) və Alfonso Dominqes (92 kq) iştirak edirlər.

Yığmamız Bolqarıstanda toplanışı ev sahibləri və Rumıniya milliləri ilə birgə keçir. Məşqlərdə sınaq döyüşlərinin keçirilməsi də nəzərdə tutulub.

Oktyabrın 30-da start götürən hazırlıq noyabrın 10-dək davam edəcək.