Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirib

Azərbaycan milli komandası Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatını 2 bürünc medalla başa vurub. Yığmamıza ikinci mükafatı Alfonso Dominqes qazandırıb.

92 kq çəkidə çıxış edən boksçumuz yarımfinalda mübarizəni dayandırdığından 3-cü yeri tutub.

Ondan öncə Malik Həsənov (63,5 kq) da bürünc medala yiyələnib.  


Azərbaycan Boks Federasiyası

Bütün hüquqlar Azərbaycan Respublikası qanunvericiliyinə əsasən qorunur. 

© ABF 2024 , By Onneks Lab