Yeniyetmə boksçularımız Şamaxıda hazırlıq keçəcək

Boks üzrə yeniyetmələrdən ibarət Azərbaycan millisi təlim-məşq toplanışına yollanıb. Yığma bu gün start götürəcək hazırlığı Şamaxıda keçəcək.

Məşqçilər korpusu toplanışa U-17 Azərbaycan çempionatında özlərini yaxşı tərəfdən göstərənləri cəlb edib. 22 boksçunun qatılacağı məşqlərdə əsas diqqət taktiki hazırlığa yönələcək.

Qeyd edək ki, Avropa çempionatına hazırlıq xarakteri daşıyan toplanış avqustun 17-də yekunlaşacaq.