Yeniyetmə boksçularımız Şamaxıda hazırlığa başlayıb

Boks üzrə yeniyetmələrdən ibarət Azərbaycan millisi təlim-məşq toplanışına start verib. Yığma hazırlığa Şamaxıda başlayıb.

Məşqçilər korpusu toplanışa U-17 Azərbaycan çempionatında özlərini yaxşı tərəfdən göstərənləri cəlb edib. Məşqlərdə əsas diqqət ümumi fiziki hazırlığa yönələcək.

Qeyd edək ki, hazırlıq martın 20-də yekunlaşacaq.