U-19 Azərbaycan çempionatı: Oğlan boksçuların yarışında finalçılar bəlli olub

Gənc boksçular arasında Azərbaycan çempionatı davam edir. 60 komandanın iştirakı ilə təşkil edilən yarışın VI günündə oğlanlar arasında yarımfinal görüşləri baş tutub.
10 çəki dərəcəsində 20 döyüşün nəticəsinə əsasən finala çıxan boksçuların adlarına aydınlıq gəlib. Məğlub olan idmançılar bürünc medalla kifayətləniblər.
U-19 Azərbaycan çempionatında final döyüşləri sabah keçiriləcək. Boks Mərkəzində təşkil olunan yarışın həlledici görüşlərinə saat 12:00-da start veriləcək.
Qeyd edək ki, qızların mübarizəsində Banuçiçək Nəsirli (48 kq), Əminə Tağı (51 kq), Zəhra Məmmədova (54 kq), Aynur İsmayılova (60 kq) və Dəniz Babayeva (70 kq) U-19 Azərbaycan çempionatının qızıl medalını qazanıblar.
U-19 Azərbaycan çempionatı
14 fevral
Oğlanlar
1/2 final
50 kq
Əli Əliyev (Gəncə) – Hüseyn Quliyev (RKİM) – 5:0
Hüseyn Məhərrəmov (“AZSport” BK) – Kərəm Qocayev (MOİK) – 5:0
55 kq
İmran Axundov (“Dəmir Yumruq” BİK) – Əli Mayılzadə (DİN İC) – birinci diskvalifikasiya olunub
Nihat Qasımov (RKİM) – Aydın Qasımov (Mingəçevir) – 5:0
60 kq
Sübhan Babayev (RİM-1) – Əli Baxışov (“Dəmir Yumruq” BİK) – 2:3
Əflatun İsmiyev (Sumqayıt) – Toğrul Quliyev (“Qızıl əlcək” İK) – 0:5
65 kq
Şahin Aslanov (UGM-7) – Haqverdi Həsənov (“Neftçi” İK) – 4:1
Vüsal Xəlilov (RİM-1) – Tamerlan Əlimzanov (MOİK) – 4:1
70 kq
Dəniz Zeynalov (“Qızıl əlcək” İK) – Adil Zalov (“Qızıl əlcək” İK) – 2:3
Rza Rzayev (Gəncə) – Valeh Eyvazlı (“Qızıl əlcək” İK) – 5:0
75 kq
Cavidan Əliyev (Göygöl) – Pünhan Qurbanlı (Şirvan) – ikinci qalib gəlib
Renat Qiyaslı (DİN İC) – Sarvan Abdullazadə (RKİM) – 5:0
80 kq
Nicat İmanov (“Qızıl əlcək” İK) – İsmayıl Vəliyev (RKİM) – 0:5
Fuad Abbasov (Sumqayıt) – İmamsalehizaman Salmanov (Gəncə) – 5:0
85 kq
Raul Mehdiyev (Mingəçevir) – Heydər Əzməmmədov (Sumqayıt) – 0:5
Səid Bəkiyev (“Zərbə” BİK) – Nail Abbasov (“Neftçi” İK) – birinci qalib elan olunub
90 kq
Qulam Baxşıyev (Astara) – Əli Məmmədzadə (KNOUT) – birinci qalib gəlib
Amir Abbasov (Z-1 İK) – Zaur Səmədov (“Qızıl əlcək” İK) – 0:5
+90 kq
Məhəmməd Cəfərov (Z-1 İK) – Cavid Babayev (KNOUT) – birinci qalib gəlib
Səfdər Məmmədzadə (“Neftçi” İKÇ) – Sarvan Səlimli (Mingəçevir) – birinci qalib elan olunub
