Sübhan Babayev “Brandenburq kuboku”nda finala vəsiqə qazanıb

Almaniyanın Frankfurt şəhərində gənc boksçular (U-19) arasında “Brandenburq kuboku”nda yarımfinal mərhələsinə yekun vurulub. Finala gedən yolda Azərbaycan millisinin idmançısı Sübhan Babayev (60 kq) da rinqə çıxıb.

O, italiyalı Mattia Turrinlə döyüşüb. Boksçumuz rəqibini 4:1 (28:29, 30:27, 30:27, 29:28, 29:28) hesabı ilə məğlub edib. Babayev finalda Ellisbey Selimlə (ABŞ) qarşılaşacaq.