Şəkidə zona birinciliyi başlayıb

Bu gün məktəbli oğlan boksçular (U-15) arasında növbəti zona birinciliyinə start verilib. Lənkərandakı yarışın ardınca komandalar Şəkidə mübarizəyə başlayıblar.
Boks idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, perspektivli idmançıların müəyyənləşdirilməsi üçün təşkil olunan ilin ikinci birinciliyi Şəki Olimpiya İdman Kompleksində keçirilir. 4 gün davam edəcək yarışda 37 komandanın 185 boksçusu gücünü yoxlayacaq. 18 çəki dərəcəsində fərqlənəcək idmançılar U-15-lər arasında Şamaxıda keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq.
Qeyd edək ki, Şəkidə baş tutan zona birinciliyində 38 komandanın 200 boksçu mübarizə aparıb və məşqçilər korpusu final mərhələsinə vəsiqə qazanan idmançıları müəyyənləşdirib.