Qadın boksçularımız Şəkidə hazırlıq keçir

Qadın boksçulardan ibarət Azərbaycan millisi ilin ilk hazırlığına başlayıb. Yığmamız Şəkidə təlim-məşq toplanışındadır.

Əsas diqqət ümumi fiziki hazırlığa yönələcək. Məşqlərdə 8 boksçu iştirak edir.

Yanvarın 13-dən başlayan toplanış ayın 25-də başa çatacaq.