Nihat Qasımov dünya çempionatında daha bir mərhələ adlayıb

Azərbaycan boksçusu Nihat Qasımov (55 kq) Budvada U-19 dünya çempionatında ikinci qələbəsini qazanıb. O, 1/16 finalda Arjanpal Hundalı (Kanada) mübarizədən kənarlaşdırıb.
Qasımov rəqibini 3:2 (30:27, 29:28, 28:29, 27:30, 29:28) hesabı ilə məğlub edib. Milli üzvü 1/8 finalda Karlos Moraleslə (Meksika) döyüşəcək.
Qeyd edək ki, görüş oktyabrın 22-də olacaq.
