Millimiz Buxarada Özbəkistanla birgə hazırlıq keçir

Boks üzrə kadetlərdən ibarət Azərbaycan millisi Özbəkistanın Buxara şəhərində təlim-məşq toplanışına start verib. Hazırlığa yığmamızın 23 boksçusu qatılıb.

Komandamızın ölkə xaricində məşqləri iyunun 27-dək davam edəcək. Millimiz hazırlığı Özbəkistan yığması ilə birgə keçir.