Lənkəranda zona birinciliyi start götürür

Bu gün Lənkəranda məktəbli oğlan boksçular (U-15) arasında zona birinciliyi start götürəcək. Boks idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, perspektivli idmançıların müəyyənləşdirilməsi üçün təşkil olunacaq ilin ilk yarışı Lənkəran Olimpiya İdman Kompleksində keçiriləcək.

4 gün davam edəcək yarışda 38 komandanın 200 boksçusu gücünü yoxlayacaq. 18 çəki dərəcəsində fərqlənəcək idmançılar birinciliyin Şamaxıda keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq.

Qeyd edək ki, növbəti zona birinciliyi Şəkidə təşkil olunacaq.