Kişi boksçularımız lisenziya turnirinə hazırlığı Banqkokda keçəcək

Kişi boksçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını Tailandda davam etdirəcək. Baş məşqçi Pedro Roke və böyük məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında Banqkoka yığmanın 4 üzvü yollanıb.

Hazırlıqda Şamil Əsgərov (57 kq), Malik Həsənov (63,5 kq), Sərxan Əliyev (71 kq) və Alfonso Dominqes (92 kq) iştirak edəcəklər. Mayın 10-da başlayacaq toplanış ayın 21-də yekunlaşacaq.

Qeyd edək ki, toplanış II Dünya Olimpiya Təsnifat Turnirinə hazırlıq xarakteri daşıyır.