“Heydər Əliyev kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
Bakıda yeniyetmə boksçular arasında “Heydər Əliyev kuboku-2024” beynəlxalq turniri davam edir. Yarışın ikinci günündə 6 çəki dərəcəsində 18 döyüş keçirilib.
60 kq və 63 kq-da 1/8 final mərhələsi yekunlaşdığı halda, digərlərində 1/4 final mərhələsinin görüşləri baş tutub. Döyüşlərdə Azərbaycan millisinin daha 8 boksçusu “Heydər Əliyev kuboku-2024”ə qələbə ilə başlayıb.
Boks Mərkəzində keçirilən ənənəvi turnirin üçüncü günündə 20 görüş keçiriləcək.
1/8 final
60 kq
Nurlan Abışov (Azərbaycan) – İslam Tağıyev (Azərbaycan) – 0:3
Ruhin Səfərov (Azərbaycan) – Yerdavlet Şomekey (Qazaxıstan) – 0:5
Akaki Basarya (Gürcüstan) – Ülvi Qasımzadə (Azərbaycan) – 5:0
Fərid Abbaszadə (Azərbaycan) – İslam Yermuxambet (Qazaxıstan) – ikinci tam üstünlüklə qalib gəlib
63 kq
Bibaris Aşırbay (Qazaxıstan) – Tanrıverdi Məmmədli (Azərbaycan) – 5:0
Nika Beraya (Gürcüstan) – Dəniz Zeynalov (Azərbaycan) – birinci qalib gəlib
Sultan Satbay (Qazaxıstan) – Azad Cavadzadə (Azərbaycan) – 5:0
1/4 final
52 kq
Bağır Əmirxanlı (Azərbaycan) – Sandro Papidze (Gürcüstan) – 4:1
Raul Heydərli (Azərbaycan) – Nihad Bayramov (Azərbaycan) – 4:1
Temirxan Jolmaxan (Qazaxıstan) – Elxan Ağazadə (Azərbaycan) – birinci tam üstünlüklə qalib gəlib
Əli Baxışov (Azərbaycan) – Damir Akimbayev (Qazaxıstan) – 5:0
54 kq
Sübhan Babayev (Azərbaycan) – Xleb Kuzmiç (Belarus) – 5:0
Dəniz Mirağayev (Azərbaycan) – Giorgi Kilasonya (Gürcüstan) – ikinci tam üstünlüklə qalib gəlib
Ramiz Əsgərov (Azərbaycan) – Umar Madaminov (Qırğızıstan) – 0:3
66 kq
Valeh Eyvazlı (Azərbaycan) – Sarvan Abdullazadə (Azərbaycan) – 4:1
Kənan Qəniyev (Azərbaycan) – Raul Əsədullayev (Azərbaycan) – 0:5
+80 kq
Vladislav Samojonov (Qazaxıstan) – Zaur Səmədov (Azərbaycan) – 5:0
Kənan Qəniyev (Azərbaycan) – Səftər Məmmədzadə (Azərbaycan) – ikinci tam üstünlüklə qalib gəlib
Qeyd edək ki, yarışda final döyüşləri mayın 18-də olacaq.