Boksçumuz xorvatiyalı rəqibini məğlub edib

Azərbaycan boksçusu Alfonso Dominqes Tailandın paytaxtı Banqkokda keçirilən II Dünya Olimpiya Təsnifat Turnirində növbəti qələbəsini qazanıb. 92 kq çəkidə qüvvəsini sınayan yığma üzvü 1/16 finalda Marko Çaçiki (Xorvatiya) məğlub edib.

Dünya çempionumuz rəqibinə 5:0 (30:27, 30:27, 30:26, 30:27, 30:27) hesabı ilə qalib gəlib.

Dominqes 1/8 final mərhələsində Sanjit Sanjitlə (Hindistan) üz-üzə gələcək. Görüş mayın 31-də olacaq.

Qeyd edək ki, bu gün Məhsəti Həmzəyeva (57 kq) də rinqə çıxacaq.