Boksçumuz Sərxan Əliyev lisenziya turnirində litvalı rəqibini məğlub edib
Azərbaycan boksçusu Sərxan Əliyev İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində ikinci qələbəsini qazanıb. 71 kq çəkidə qüvvəsini sınayan dünya çempionatının mükafatçısı 1/16 finalda Aleksandr Trofimçuku (Litva) məğlub edib.
Əliyev 3:2 (29:28, 29:28, 28:29, 28:29, 29:28) hesabı ilə qalib gəlib. O, növbəti görüşünə martın 10-da çıxacaq.
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirin altıncı günündə Azərbaycan millisinin 3 boksçusu rinqə çıxacaq.