Boksçumuz “Brandenburq kuboku”nda yarımfinala yüksəlib

Almaniyanın Frankfurt şəhərində gənc boksçular (U-19) arasında “Brandenburq kuboku” davam edir. Yarışda artıq yarımfinalçıların adlarına aydınlıq gəlib.

Millimizin boksçusu Sübhan Babayev (60 kq) Simonas Puniskisin (Litva) ardınca 1/4 finalda almaniyalı Nur Zakaryeni də məğlub edib – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). Yarımfinala yüksəlməklə özü üçün bürünc medalı təmin edən Babayev bu mərhələdə Mattia Turrinlə (İtaliya) qarşılaşacaq.

Qeyd edək ki, yarışa avqustun 2-də yekun vurulacaq.