Boksçumuz beynəlxalq turnirdə ikinci olub

Gürcüstanın Batumi şəhərində boks üzrə beynəlxalq turnir keçirilib. Azərbaycan millisi yarışda 1 medal qazanıb.

Komandamızın heyətində Elbrus Adıgözəlov fəxri kürsüyə yüksəlib. 60 kq-da çıxın edən boksçumuz gümüş medala sahib olub.

Qeyd edək ki, turnirdə 10 ölkənin boksçuları mübarizə aparıb.