Boksçumuz Avropa çempionatında yarımfinala vəsiqə qazanıb

Azərbaycan boksçusu Banuçiçək Nəsirli Serbiyanın Loznitsa şəhərində keçirilən U-19 Avropa çempionatında yarımfinala yüksəlib. 48 kq çəkidə mübarizə aparan milli üzvü 1/4 finalda Katarjina Qornisieviçlə (Polşa) qarşılaşıb.

Nəsirli rəqibini 3:2 (30:27, 28:29, 28:29, 30:27, 29:28) hesabı ilə məğlub edib. O, yarımfinala vəsiqə qazanmaqla özü üçün azı bürünc medalı təmin edib.

Boksçumuz avqustun 20-də final uğrunda Ellen Coysla (İrlandiya) döyüşəcək.

Qeyd edək ki, bu gün daha 4 idmançımız 1/4 final görüşünə çıxacaq.