Boksçumuz Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. 63,5 kq çəkidə mübarizə aparan yığma üzvü moldovalı Alexandru Parasçivlə qüvvəsini sınayıb.

Görüşdə rəqib finala yüksəldiyindən Həsənov Avropa çempionatını bürünc medalla başa vurub.

Qeyd edək ki, bu gün Alfonso Dominqes (92 kq) də yarımfinalda mübarizə aparacaq.


Azərbaycan Boks Federasiyası

Bütün hüquqlar Azərbaycan Respublikası qanunvericiliyinə əsasən qorunur. 

© ABF 2024 , By Onneks Lab