Boksçumuz Avropa birinciliyinə qələbə ilə başlayıb
Xorvatiyanın Poreç şəhərində gənc boksçular arasında Avropa birinciliyinə start verilib. Yarışın ilk günündə Azərbaycan millisinin bir idmançısı rinqə çıxıb.
60 kq çəkidə Məhəmmədəli Qasımzadə 1/16 final çərçivəsində Demurovi Levanla (Gürcüstan) qarşılaşıb. Hər 3 raund həmyerlimizin qələbəsi ilə yekunlaşıb – 5:0.
Qasımzadə növbəti görüşündə Cemmal Mohamed Ali Camellə (Fransa) üz-üzə gələcək. Döyüş aprelin 7-də olacaq.
Qeyd edək ki, yığmamız Avropa birinciliyinə 11 boksçu ilə yollanıb.