Boksçumuz “Asiya uşaqları”nda finala yüksəlib
Azərbaycan millisinin yeniyetmə boksçusu Nihad Qasımov Rusiyanın Yakutsk şəhərində keçirilən “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında finala yüksəlib. 48 kq-da çıxış edən milli üzvü yarımfinalda əfqanıstanlı Haydari Mujtabanı mübarizədən kənarlaşdırıb.
O, rəqibini 5:0 məğlub edib. Qasımov qızıl medal uğrunda Elyar Rustamovla (Özbəkistan) üz-üzə gələcək. Görüş iyulun 5-də olacaq.
Digər boksçularımızdan Haqverdi Həsənov (57 kq), Nurlan Abışov (60 kq) və Valeh Eyvazlı (66 kq) isə yarımfinalda məğlub olduqları üçün Oyunları bürünc medalla bitiriblər.