Boksçularımız “Qələbə kuboku”nda yarımfinala vəsiqə qazanıb

Rusiyada boks üzrə “Qələbə kuboku”na start verilib. Yarışa “Bakı” adı altında qatılan Azərbaycan millisi turnirə 1/4 final mərhələsindən başlayıb.
Permdə keçirilən “Qələbə kuboku”nda boksçularımızın rəqibləri “Ural” olub. “Bakı” görüşü 3:2 hesabı ilə xeyrinə bitirib. 4 raunddan ibarət qarşılaşmalarda komandamızın heyətində Zaur Qəhrəmanov Mark Urvanovu, Səidcəmşid Cəfərov Xyşbaxt Kuldaşevi və Məhəmməd Abdullayev Aleksandr Dorofeyevi məğlub edib.
“Bakı” yarımfinal döyüşünə mayın 24-də çıxacaq. Görüş Volqoqrad şəhərində baş tutacaq.