Boksçularımız Jabinkada beynəlxalq turnirdə mübarizəyə başlayır
Bu gün Belarusun Jabinka şəhərində yeniyetmə boksçular arasında beynəlxalq turnir start götürəcək. 4 gün davam edəcək yarışda Azərbaycan millisi də mübarizə aparacaq.
Baş məşqçi Vaqif Kazımov və məşqçi Teymur Məmmədov Jabinkada Ayxan Həsənov (48 kq), Nihat Qasımov (50 kq), İmran Axundov (52 kq), Əflatun İsmiyev (54 kq), Sübhan Babayev (57 kq), Şahin Aslanov (60 kq), Haqverdi Həsənov (63 kq) və Səfdər Məmmədzadəyə (+80 kq) şans verəcək.
Komanda Bakıya sentyabrın 21-də qayıdacaq.