Boksçularımız Gimnaziadada üçüncü qızıl medalı qazanıb
Boks üzrə Azərbaycan millisi Bəhreynin paytaxtı Manamada keçirilən Gimnaziada İdman Oyunlarında daha bir qızıl medal qazanıb. Bu uğura 50 kq çəkidə mübarizə aparan Nihat Qasımov imza atıb.
O, finalda rumıniyalı boksçunu məğlub edib.
Qasımovdan öncə Əli Əliyev (46 kq) və Şahin Mustafayev (48 kq) də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, aktivində 2 bürünc medal olan oğlanlardan ibarət komandamızın heyətində daha 6 boksçumuz finalda yarışacaq.