Boksçularımız Əlcəzair milliləri ilə Şamaxıda toplanışa başlayıb

Boks üzrə gənc oğlan və qızlardan ibarət Azərbaycan milliləri növbəti təlim-məşq toplanışına start verib. Hər 2 komanda hazırlığı ölkəmizdə səfərdə olan Əlcəzair yığmaları ilə birgə Şamaxıda keçir.
Məşqçilər korpusu toplanışa son beynəlxalq turnirlərdə özlərini yaxşı tərəfdən göstərənləri cəlb edib. Hazırlıqda əsasən texniki-taktiki hazırlığa üstünlük veriləcək.
10 gün davam edəcək məşqlərdə sınaq döyüşləri də planlaşdırılır.