Boksçularımız Buxarada hazırlıq keçir

Boks üzrə kadetlərdən ibarət Azərbaycan milli komandası Özbəkistanda təlim-məşq toplanışına başlayıb. Hazırlıq 15 gün davam edəcək.

Boksçularımız Buxarada yerli komanda ilə birgə məşq edib, sınaq döyüşləri keçirəcək.

Qeyd edək ki, toplanış Avropa birinciliyinə hazırlıq xarakteri daşıyır.