Boksçularımız Aktauda beynəlxalq turnirdə 2 medal qazanıblar

Qazaxıstanın Aktau şəhərində boks üzrə keçirilən beynəlxalq turnir başa çatıb. Azərbaycan millisi Şokır Beltekulının xatirəsinə həsr olunan A kateqoriyalı ənənəvi yarışı 2 medalla başa vurub.
Boksçularımızdan Məhəmməd Aşırəliyev (60 kq) və Ruslan Rüstəmov (65 kq) fəxri kürsüyə yüksəliblər. Onların hər ikisi turniri bürünc medalla başa vurublar.

