Bilalhəbaşi Nəzərov “Strandja”da gümüş medala yiyələnib

Azərbaycan millisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə “Strandja” beynəlxalq turnirində daha bir medalı rəsmiləşdirib. Komandamızın heyətində Bilalhəbaşi Nəzərov (50 kq) fəxri kürsüyə yüksəlib.
O, yarışı gümüş medalla başa vurub.
Beləliklə, milli turniri 2 mükafatla bitirib. Boksçularımızdan daha öncə Malik Həsənov (65 kq) üçüncü yeri tutub.