Banqkokda lisenziya qazanan boksçularımız Vətənə qayıdıb

Tailandın paytaxtı Banqkokda boks üzrə II Dünya Olimpiya Təsnifat Turnirində 2 lisenziya qazanan Azərbaycan milli komandası Vətənə qayıdıb. Yığmanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyinin əməkdaşları, Boks Federasiyasının kollektivi, idman ictimaiyyətinin nümayəndələri, bokssevərlər və idmançıların ailə üzvləri qarşılayıblar.

Boksçularımızdan Malik Həsənovla (63,5 kq) Alfonso Dominqes (92 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Bununla da milli komandamızın Olimpiadaya yollanacaq idmançılarının sayı 5-ə yüksəlib. Daha öncə Nicat Hüseynov (51 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) bu hüquqa yiyələnib.

Qeyd edək ki, Oyunlarda boks yarışları iyulun 27-dən avqustun 10-dək davam edəcək.


Azərbaycan Boks Federasiyası

Bütün hüquqlar Azərbaycan Respublikası qanunvericiliyinə əsasən qorunur. 

© ABF 2024 , By Onneks Lab