Bakıda beynəlxalq hakimlik seminarı keçirilir
Bakıda boks üzrə 1 ulduz dərəcəli beynəlxalq hakimlik seminarı öz işinə başlayıb. Seminarı Azərbaycan Boks Federasiyasının (ABF) dəvəti ilə İBA-nın təlimatçıları Mark Uilliams və Tereze Kreybiçova keçirlər.
Təlimlərdən öncə ABF-in baş katibi Nağı Səfərov ədalət təmsilçilərinə seminarın faydası barədə məlumat verib, ölkəmizdə boksun inkişafı ilə yanaşı, referilərimizin səviyyələrinin daha da yüksəldirilməsinin prioritet məsələlərdən olduğunu bildirib.
Bu gün keçiriləcək nəzəri seminarın yekuna əsasən, martın 24-də 17 hakimimiz imtahan verəcək. Ardınca onlar martın 24-28-də Bakıda baş tutacaq “Böyük İpək Yolu” turnirində isə praktiki baxımından – rinqdə yoxlanılacaqlar.