Azərbaycanın daha bir boksçusu Avropa çempionatında yarımfinala yüksəlib

Azərbaycanın daha bir boksçusu Serbiyanın Loznitsa şəhərində keçirilən U-19 Avropa çempionatında yarımfinala vəsiqə qazanıb. 60 kq çəkidə mübarizə aparan Əli Baxışov 1/4 finalda Kristian Haraşiki (Slovakiya) yarışdan kənarlaşdırıb.

Baxışov rəqibinə 4:1 (29:28, 28:29, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O, yarımfinala vəsiqə qazanmaqla özü üçün azı bürünc medalı təmin edib.

Boksçumuz avqustun 20-də final uğrunda Furkan Avarla (Türkiyə) gücünü yoxlayacaq.

Qeyd edək ki, daha öncə Banuçiçək Nəsirli (48 kq) bu hüquqa yiyələnib. O, yarımfinalda Ellen Coysla (İrlandiya) döyüşəcək.