Azərbaycanın daha bir boksçusu Avropa çempionu tituluna yiyələndi

Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində gənclər arasında keçirilən Avropa birinciliyinin qalibi adına sahib olub. Yığmamızın heyətində Ömər Aslanlı (54 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

O, finalda Maksim Çekinlə (Ukrayna) üz-üzə gəlib. Boksçumuz rəqibini 4:1 (30:27, 29:28, 30:27, 29:28, 28:29) hesabı ilə məğlub edib və Avropa çempionatının qızıl medalına yiyələnib.

Bununla da millimiz Avropa birinciliyini 2 qızıl medalla başa vurub. Komandamızın heyətində daha öncə Bilalhəbaşi Nəzərov (48 kq) Avropa çempionu tituluna layiq görülüb.