Azərbaycan boksçusu Gimnaziadada daha bir qızıl medal qazanıb

Boks üzrə Azərbaycan millisi Bəhreynin paytaxtı Manamada keçirilən Gimnaziada İdman Oyunlarında ikinci qızıl medalı qazanıb. Bu uğura 48 kq çəkidə mübarizə aparan Şahin Mustafayev imza atıb.

O, finalda ukraynalı boksçunu məğlub edib.

Mustafayevdən öncə Əli Əliyev (46 kq) də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, aktivində 2 bürünc medal olan oğlanlardan ibarət komandamızın heyətində daha 7 boksçumuz finalda yarışacaq.