Azərbaycan boksçuları Minskdə 10 medal qazanıb
Yeniyetmə boksçular arasında Belarusun paytaxtı Minskdə Vladimir Botvinnikin xatirəsinə həsr olunan beynəlxalq turnir başa çatıb. Azərbaycan millisi 7 ölkədən 142 idmançının mübarizə apardığı yarışı 10 medalla başa vurub.
Komandamızın heyətində Nurlan Abışov (57 kq) turnirin qalibi olub. O, finalda yerli Qleb Bondakı məğlub edərək qızıl medala yiyələnib.
Digər boksçularımızdan Əli Məmmədov (46 kq), Məhəmmədəli Məmmədli (50 kq), Bağır Əmirxanlı (52 kq), Sübhan Babayev (54 kq), Turqay Rəhimli (60 kq), Kənan Aslanlı (63 kq), Rza Rzayev (70 kq), Əli Məmişov (80 kq) və Məhəmməd Cəfərov (+80 kq) 3-cü yeri tutub.